Qazaxıstan Rusiyadan daha 2 ədəd Su-30SM təyyarəsi alıb

Qazaxıstan Rusiya istehsalı olan daha iki Su-30SM yeni döyüş təyyarəsini silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Sifariş üzrə ilk 4 təyyarənin çatdırılması 2015-ci ilin aprel ayında həyata keçirilib.

Yüksək manevr qabiliyyətli Su-30SM çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş