Qazaxıstan Rusiyadan Su-30SM döyüş təyyarələri alır

Qazaxıstan Rusiyadan 4++ nəsil Su-30SM döyüş təyyarələri alır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, fevralın 4-də Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Nurlan Ormanbetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın İrkutsk şəhərinə səfəri çərçivəsində bu məsələ müzakirə olunub.

Qazaxıstan nümayəndə heyəti səfər çərçivəsində İrkutsk Aviasiya Zavoduna baş çəkib. Səfər zamanı Qazaxıstan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məlumatda qeyd olunub ki, yaxın vaxtlarda Qazaxıstan HHQ Su-30SM təyyarələri ilə təchiz olunacaq. Bu, Qazaxıstanın hava sərhədlərinin müdafiəsinin etibarlılığını əhəmiyyətli dərəcədə yüksəldəcək.

Hazırda Qazaxıstan HHQ-nin mütəxəssisləri İrkutsk Aviasiya Zavodunda təlimlərə başlayıblar.

Qeyd edək ki, 2014-cü ilin may ayında Astanada keçirilmiş KADEX-2014 beynəlxalq müdafiə sərgisində Rusiya Su-30SM yüksək manevrli döyüş təyyarəsini təqdim edib. Sərgi günlərində adıçəkilən təyyarənin nümayiş uçuşları olub.

KATEQORIYA:
Bu xəbəri paylaş