Qazaxıstan Rusiyadan Т-72 tankının ehtiyat hissələrini alır

Qazaxıstan Müdafiə Nazirliyi Rusiyanın “Uralvaqonzavod” dövlət şirkəti ilə Т-72 tankının ehtiyat hissələrinin alğı-satqısına dair müqavilə bağlayıb.

“Azeridefence” xəbər verir ki, “Uralvaqonzavod” dövlət şirkətinin mətbuat xidmətinin məlumatına görə, müqavilə “Ordu-2017” beynəlxalq hərbi-texniki forumu çərçivəsində imzalanıb.

Məlumatda qeyd olunub ki, Qazaxıstan öz ölkəsi ərazisində zirehli nəqliyyat vasitələrinin təmiri ilə məşğul olmaq niyyətindədir. Tərəflər arasında Qazaxıstan ərazisində zirehli texnikların təmir ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Qazaxıstanın hərbi texnika parkının əsasən “Uralvaqonzavod” korporasiyasının istehsalı olan xüsusi texnikalardan ibarət olduğunu nəzərə alaraq, tankların təmir təcrübəsi məsələsi aktual hala çevrilir.

Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinin müavini Talqat Janjumenov qeyd edib ki, Qazaxıstanın hərbi müəssisəsi bir sıra uzunmüddətli layihələr, o cümlədən yeni müasir tankların əldə edilməsi üzrə layihələr həyata keçirməyi planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş