Qazaxıstan S-300 komplekslərinə milli RLS-lərini inteqrasiya edir

Qazaxıstan Rusiyadan aldığı S-300 zenit-raket komplekslərinə yerli istehsal olan “Nur”(Ground Master 400) radiolakasiya sistemlərini inteqrasiya edir.

“AzeriDefence”nin məlumatına görə, bunu Qazaxıstan Məclisində (parlament) müdafiə naziri, general-polkovnik Saken Jasuzakov deyib.

O bildirib ki, Qazaxıstan ərazisində hava sərhədlərinin müdafiəsini təmin edəcək beş S-300 ZRK diviziyasına yeni RLS-lərin inteqrasiyasına başlanılıb.

Artıq paytaxt Astana bölgəsinin hava məkanı “Nur” RLS-ləri tərəfindən qorunur. Karaqanda bölgəsinə isə yaxın vaxtlarda bu RLS-lərdən quraşdırılacaq.

Nazirin sözlərinə görə, ilin sonuna qədər ölkənin hava məkanı milli istehsal olan RLS-lər tərəfindən mühafizə ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş