Qazaxıstan sahil mühafizəsini Exocet MM40 Block 3 raketləri ilə möhkəmləndirir

Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Exocet MM40 Block 3 yeni gəmi əleyhinə raket sisteminin köməyi ilə Xəzərdə sahil mühafizəsini möhkəmləndirir. “AzeriDefence”nin məlumatına görə, bu barədə adıçəkilən raketlərin istehsalçısı olan MBDA və İspaniyanın INDRA Sistemas şirkətinin birgə press-relizində bildirilib.

Tərəflər arasında anlaşma memorandum Astanda KADEX-2012 hərbi sərgisi zamanı imzalanıb.

Raketlərin tədarükünü “Kazakhstan Engineering” Səhmdar Cəmiyyəti həəyata keçirəcək.

Exocet MM40 Block 3 raketləri “sahil-gəmi” sinfinə aiddir və 180 km məsafədə hədəfləri məhv etmə qabiliyyətinə malikdir. Raket Microturbo TRI-40 turboreaktiv mühərrikiylə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş