Qazaxıstan şirkəti Su-25 döyüş təyyarələrini təkmilləşdirir

Qazaxıstan şirkəti Su-25 döyüş təyyarələrini təkmilləşdirir

Qazaxıstan Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan Su-25 döyüş təyyarələri modernləşdirilir.

Bu barədə “Azeridefence”ə “Kazakhstan Engineering” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, yerli “Kazakhstan Aviation Industry” şirkəti tərəfindən hazırda 4 ədəd Su-25 döyüş təyyarəsi üzərində modernizasiya işləri aparılır.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Su-25 döyüş təyyarələrinin təmir və modernizasiyası Belarusda həyata keçirilib. 2016-cı ildə Qazaxıstanın Astana şəhərində keçirilən KADEX beynəlxalq müdafiə sərgisi çərçivəsində Qazaxıstan HHQ və Belarus “558-ci Aviasiya təmir zavodu” ASC arasında, təxminən 6 ədəd Su-25 döyüş təyyarəsinin müasirləşdirilməsinə dair müqavilə bağlanıb.

Belarusun “558-ci Aviasiya təmir zavodu”nda təmir və modernizasiya edilən Su-25 döyüş təyyarələri ötən illər ərzində Qazaxstan Hərbi Hava Qüvvələrlərinə çatdırılıb.

Modernizə edilmiş Su-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. Su-25 döyüş təyyarəsi döyüşdə sağqalma və yüksək müdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

KATEQORIYA:
Bu xəbəri paylaş