Qazaxıstan şirkətindən yeni sərhəd mühafizə sistemi

İSİR şirkəti Qazaxıstan sərhəd xidmətinə peyk naviqasiyasına malik yüksək texnologiyalı daşınan lazer nişangahı təqdim edib. Bu barədə “AzeriDefence” İSİR şirkətinin saytına istinadən məlumat verib.

Peyk naviqasiyasına malik yüksək texnologiyalı daşınan lazer nişangah ( ABAK-O1M) müşahidə olunan obyektlərə və hava hədəflərinə olan məsafənin ölçülməsi, kəşfiyyat aparılması, peyk naviqasiya sistemlərdən QLONASS/GPS naviqasiya məlumatlarının qəbulu, nişanın polyar koordinatların müəyyən edilməsi və silahlardan atəşin idarə edilməsi üçün yaradılıb. Qurğuya bort ölçmə sistemi, lazer hədəfləyici, inersiya-naviqasiya blokuna malik peyk naviqasiya qurğusu daxildir.

Təqdim olunan ABAK-O1M sistemi sərhəd pozucularını 20 km-dək aşkarlamağa kömək edir və onların yerləşməsini elektron-naviqasiya xəritəsində göstərir. Sərhəd naryadı bu qurğudan sərhəd pozucusu radioelekton mübarizə vasitələri tətbiq etdikdə belə yararlana bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş