Qazaxıstan Ukraynadan 100 ədəd BTR-4 alır

Ukraynanın “Oboronprom” Korporasiyası “Kazakhstan Engineering” şirkəti ilə Qazaxıstan Silahlı Qüvvələrinə 100 ədəd BTR-4 tipli zirehli transportyorun çatdırılmasına dair müqavilə imzalayıb.Bu barədə “AzeriDefence”yə “Ukoboronprom” şirkətindən məlumat verilib.

Müqavilə bu gün Astanada KADEX-2012 beynəlxalq müdafiə sərgisi çərçivəsində imzalanıb və dəyəri təxminən 150 mln. ABŞ dolları təşkil edir.

Ukraynanın müdafiə naziri Dmitri Salamatin müqaviləni şərh edərkən deyib ki, Qazaxıstanla 100 ədəd zirehli nəqliyyat vasitəsinin çatdırılmasına dair müqavilənin imzalanması Ukraynanın yeni bazara çıxışıdır.

“Bu hadisəni sıçrayış adlandırmaq olar. Ukrayna silahları və hərbi texnikası yeni bazara çıxır”, – deyə nazir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş