Qazaxıstan və Azərbaycan müdafiə səneysi sahəsində əməkdaşlıq edəcək

Qazaxıstan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək və əlaqələri dərinləşdirmək niyyətindədir.

“AzeriDefence”nin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu məqsədlə iki ölkənin müdafiə sənayesinə məsul qurumların – Azərbaycan tərəfdən Müdafiə Sənayesi Nazirliyinin, Qazaxıstan tərəfdən isə Müdafiə və Aviasiya Sənayesi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupununun yaradılması məsələsi müzakirə olunur.

Bundan sonra tərəflər müdafiə sənayesinin bəlli sektorlarını müəyyənləşdirəcək və müəssisələr arasında əməkdaşlıq imkanlarına baxacaqlar.

“Bizim nümayəndə heyətlərimiz bir neçə dəfə Azərbaycanda olub. Azərbaycanın hərbi sənaye kompleksinin imkanları ilə tanış olublar. Bizim bir birimizdən öyrənə biləcəyimiz çox şeylər var”, – deyə qeyd olunub.

Qazaxıstan tərəfi Azərbaycanı 2018-ci ilin may ayında Astanada keçiriləcək KADEX-2018 sərgisinə də dəvət edib.

KATEQORIYA:
Bu xəbəri paylaş