Qazaxıstan və Rusiya müdafiə sənayesi sahəsində birgə komitə yaradır

Qazaxıstan və Rusiya müdafiə sənayesi texnologiyaları sahəsi üzrə birgə komitə yaradacaq.

“AzeriDefence”nin Qazaxıstan Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumatına görə, bu barədə ilkin razılaşma Qazaxıstan baş nazirinin müavini Əsgər Maminlə rusiyalı həmkarı Dmitriy Roqozin arasında keçirilən görüşdə əldə olunub.

Bundan başqa müdafiə sənayesi və aerokosmik sahələrdə birgə layihələrin həyata keçirilməsi də müzakirə mövzusu olub.

Görüşdə hərbi-texniki satınalmaların davam etdirilməsi, regional xidmət mərkəzlərinin yaradılması və birgə müəssisələrin yaradılması da əsas istiqamət olaraq qeyd olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş