Qazaxıstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib – FOTOLAR

Qazaxıstan və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin birgə təlimi başa çatıb.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Bozkır yolu-2015” adlı on günlük təlimdə iki ölkənin xüsusi təyinatlıları aviasiya 3-4 min metr hündürlükdən paraşütlə tullanaraq, 50 km piyada marş keçməklə gündüz və gecə şəraitində müxtəlif döyüş tapşırıqlarını icra ediblər.

Təlimdə 170 xüsusi təyinatlı, 20 ədəd zirehli maşın və 10 tank, habelə cəbhə və ordu aviasiyası iştirak edib.

img_1939_5297

img_1939_5302

img_1939_5291

img_1939_5282

KATEQORIYA:
Bu xəbəri paylaş