Qazaxıstan Xəzər donanmasına daha bir gəmi daxil edir
Qazaxıstan daha bir raket-artilleriya gəmisini yaxın vaxtlarda donanmanın inventarına qəbul edəcək. Bu barədə “AzeriDefence”yə Kazakhstan Engineering şirkətindən məlumat verilib.
Ötən gün Uralskda “Zenit” zavodunda inşa edilmiş “Oral” adlı raket-artilleriya gəmisi suya endirilib. Bu adıçəkilən müəssisədə inşa edilmiş ikinci gəmidir. “Qazaxıstan” adlı ilk raket-artilleriya gəmisi ötən il istifadəyə verilib.
Gəminin su basımı – təxminən 250 tondur. Raket-artilleriya silahları ilə təchiz edilmiş gəmi müasir rabitə vasitələri, naviqasiya və şturman avadanlıqlarına malikdir.
Qazaxıstan Hərbi Dəniz Qüvvələri üçün müəssisədə yenə bu tip gəmilərin istehsalı nəzərdə tutulur.
KATEQORIYA: Müdafiə