Qazaxıstan yeni hərbi katerini suya buraxıb – FOTO

Qazaxıstanda xüsusi təyinatlı məqsədlər üçün tikilən yeni kater suya buraxılıb.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, mərasim Ural şəhərində keçirilib. “Ural-Zenit” gəmi tikinti şirkətinin müəssisəsində inşa edilən kater Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin silahlanmasına verilib.

Kater xüsusi təyinatlı qüvvələrin tez bir zamanda təyin olunmuş yerə çıxarılması, təxribatların qarşısının alınması, sahil təhlükəsizliyinin təminatı və digər hərbi məqsədlər üçün istifadəyə təyinatlıdır.

Kater müasir naviqasiya avadanlıqları və digər qurğularla təmin olunub.

Каterin uzunluğu 13 m, hündürlüyü və eni 3,5 m, 12 ton yükdaşıma qabiliyyəti var. Suya oturma ölçüsü isə 0,6 m-dir.

img_3019_10665

img_3019_10666

 

KATEQORIYA:
Bu xəbəri paylaş