Qazaxıstana bu il 70 ədəd BTR-82A alacaq

Rusiyanın Hərbi Sənaye Şirkəti (VPK) Qazaxıstana bu il 70 ədəd BTR-82A markalı yeni zirehli transportyoru istehsal edəcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə İnterfax-AVN agentliyi xəbər yayıb.

Məlumatda qeyd olunub ki, hazırda Rusiyada BTR-82 (BTR-82A) silahlandırılmaya qəbul edilməyib. Çünki dövlət sınaqları başa çatmayıb. Bununla belə Arzamas Maşınqayırma Zavodu sifarişlər üzrə bu maşınların seriyalı istehsalını həyata keçirir. Bu ilin sonuna qədər zirehli nəqliyyat vasitəsinin dövlət sınaqlarını başa çatdırmaq planlaşdırılır.

Alınmış sifariş üzrə ötən il Qazaxıstana 100 ədəd BTR-82 istehsal edilib. Bu il isə 70 ədəd BTR-82-nin çatdırılması planlaşdırılır.

BTR-82 (BTR-82A) zirehli transportyoru BTR-80 (BTR-80A) maşınının tam müasirləşdirilməsi nəticəsində yaradılıb. Döyüş və texniki xüsusiyyətlərinə görə sələflərini iki dəfədən çox üstələyir. Zirehli nəqliyyat vasitəsinin döyüş moduluna əsas silah kimi 30 mm-lik 2A72 avtomatik topu və ya 14.5 mm-lik KPVT və 7.62 mm-lik PKTM pulemyotunun daxil edilməsi mümkündür.

Unifikasiya edilmiş modulda yerli və xarici istehsal olan digər artilleriya silahları qurula bilər. Maşının qəlpələrə qarşı müdafiəsi korpusun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar vasitəsi ilə yüksəldilib.

KATEQORIYA:
Bu xəbəri paylaş