Qazaxıstanda ASELSAN-ın zavodu açılır

Dekabrın 10-da Astanada Qazaxıstan ASELSAN Engineering (KAE) şirkətinin zavodu açılacaq. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın iştirakı ilə açılacaq zavoda ilk mərhələdə bəzi məhsulların yığımı, sonrakı mərhələlərdə isə istehsalı planlaşdırılır.

KAE zavodunda silahlar üçün gecə görmə sistemləri (gözlük, durbin), gündüz görmə sistemləri, optik nişangahlar, termal kameralar istehsal olunacaq.

KAE-də Kazakistan Engineering 50%, ASELSAN 49% və Türkiyə Müdafiə Sənayesi Katibliyi 1% paya malikdir. Birgə müəssisə 2011-ci ilin fevralında təsis edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş