Qazaxıstanda hərbi təlim faciə ilə nəticələnib: Çoxlu sayda ölən və yaralananlar var

Qazaxıstan Silahlı Qüvvələrinin hərbi birləşməsinin Cambuldakı təlimi faciə ilə nəticələnib.

“AzeriDefence”nin “nur.kz” saytına istinadən verdiyi məlumatına görə, silahlı qüvvələrin 91678 saylı hərbi hissəsinin bölmələri Cambul vilayəti Jualın rayonu ərazisində “Koksay” keçidində döyüş hazırlığı təlimləri zamanı qar uçqununa düşüblər.

Hələ ki, Qazaxıstan Müdafiə Nazirliyi qar uçqunu altında qalan hərbçilərin sayı haqda məlumat verməyib.

Son məlumatlara görə, 16 hərbçini xilas etmək mümkün olsa da, hadisə yerindən 7 hərbçinin meyiti aşkarlanıb.

Hazırda ölkənin müvafiq qurumları qar uçqununa düşən hərbçilərin tapılması istiqamətində əməliyyat-axtarış işlərini davam etdirirlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş