Qazaxıstanda KADEX-2016 hərbi-texnoloji sərginin başlanması ilə bağlı mətbuat konfransı keçirilib

Qazaxıstanın paytaxtı Astanada KADEX-2106 IV hərbi-texnoloji sərginin başlanması ilə bağlı mətbuat konfransı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, Qazaxıstan müdafiə nazirinin müavini, general-leytenant Okas Saparov bildirib ki, KADEX-2016 Qazaxıstan və Mərkəzi Asiya regionunda hərbi sənaye sahəsində son yeniliklərin göstərilməsi üçün meydandır.

Bundan əvvəlki – KADEX-2014 ilə indiki sərgini müqayisə edən müdafiə nazirinin müavini deyib ki, tədbirdə iştirakçıların sayı ilə yanaşı, beynəlxalq diqqət də artıb və iştirakçıların sayı 350-yə çatıb.

Onun sözlərinə görə, sərgi 8 açıq və qapalı pavilyondan ibarətdir və 90 min kvadrat metri əhatə edir. Tədbirə 40 ölkədən rəsmi nümayəndə heyəti qatılıb.

Sərgidə ilk dəfə olaraq, “Kazakhstan Paramount Engineering” şirkətinin müəssisəndə istehsal edilən “Arlan” və “Barıs” zirehli maşınları təqdim olunacaq.

O deyib ki, adıçəkilən zirehli maşınların ilk partiyası Qazaxıstan Silahlı Qüvvələrin silahlanmasına veriləcək.

“Kazakhstan Engineering” dövlət şirkətinin direktoru Erlan İdrisov sərginin təşkilatçılarından biri olduqlarını deyərək, təmsil etdiyi qurumun təqdim edəcəyi məhsullar haqda danışıb.

E.İdrisov yeni məhsulların istehsalına başlanması üçün sazişlərin imzalanacağının planlaşdırıldığını da söyləyib:

“Sərgi çərçivəsində Rusiyanın “Almaz Antey”, “Vertolyotı Rossia” və “KamAz” dövlət şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr aparılacaq. Bu qurumlarla yeni məhsullarla istehsalına dair razılaşaların əldə olunacağı gözlənilir. Bundan başqa türkiyənin ASELSAN, həmçinin İsrailin müvafiq qurumları ilə də yeni işlərə dair müzakirələrimiz olacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş