Qazaxıstanda Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi yaradılıb

Qazaxıstan hökumətində bir sıra struktur islahatları həyata keçirilib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, yeni islahatlar nəticəsində Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi yaradılıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayervin sərəncamına əsasən Beybut Bakir oğlu Atamkulov adıçəkilən nazirliyin rəhbəri təyin edilib.

Məlumatda o da qeyd edilib ki, Beybut Bakir oğlu Atamkulov bundan əvvəl Cənubi Qazaxıstan vilayətinin başçısı, Nazirlər Kabinetində Sənaye və Müasir Texnologiyalar, o cümlədən  İnvestisiyalar və İnkişaf nazirlikləri üzrə məsul katib vəzifələrində çalışıb. Həmçinin, o bir neçə ölkədə Qazaxıstanın diplomatik korpusuna da rəhbərlik edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş