Qazaxıstanda patron zavodu istifadəyə verilib

Qazaxıstanda patron zavodu istifadəyə verilib

Qazaxıstanda atıcı silahlar üçün müxtəlif çaplı patronların istehsalını həyata keçirən müəssisə bu gün istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” Milli Şirkəti ASC-nin mətbuat xidmətindən məluat verilib.

Karaqanda vilayətində yerləşən zavodun açılışında Qazaxıstanın Baş naziri Askar Mamin iştirak edib.

“Qazaxıstan Patron Zavodu” layihəsi “Steel Manufacturing” Məhdud Məsuliyyətli Birgə müəssisə tərəfindən həyata keçirilib. Müəssisə “Kazakhstan Engineering” Milli Şirkətinin tərkibinə daxildir.

“Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin dəstəyi vaxtı reallaşdırılmış bu layihə bizə Qazaxıstanda və KTMT ölkələrində qəbul edilmiş standartlara uyğun məhsul buraxmağa imkan verəcək. Qazaxıstanın döyüş sursatlarında idxaldan asılılığı aradan qalxacaq. Zavod Qazaxıstanın bütün güc strukturlarının patronlara olan ehtiyacını tamamilə qarşılamağa imkan verməklə yanaşı həm də yeni ixracat potensialı açır. Planlarımızda NATO standartları üzrə patronların istehsalı hesabına müəssisənin imkanlarının genişləndirilməsi də var. Bu da ixrac coğrafiyasını genişləndirməyə icazə verəcək”, – deyə “Kazakhstan Engineering” Milli Şirkətinin İdarə Heyətinin sədri Kuanış Bişimov bildirib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş