Qazaxıstanda radar istehsal edən zavod istifadəyə verilib

Qazaxıstanda yeni nəsilin radiolokasiya texnikalarını istehsal edəcək “Qranit-Thales Electronics” birgə müəssisəsinin zavodu açılıb.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Almatı şəhərində yerləşən zavodda santimetrik dalğa diapazonunda çalışan  “Ground Master-400” (Qazaxstan indeksi “Nur”) üç ölçülü radarların istehsalı həyata keçiriləcəj.

Stansiyaların Qazaxıstan müəssisələrində istehsal edilən aqreqatlar, rabitə vasitələri və xüsusi avtomobil texnikasıyla komplektləşdirilməsi planlaşdırılır. Stansiyaların 70 faizdən çox hissəsi Qazaxıstanda istehsal olunacaq.

Qeyd edək ki, “Nur” radarlarının təcrübi nümunəsi sınaqların keçirilməsi üçün 2014-cü ildə Qazaxıstanın Müdafiə Nazirliyinə verilib.

Layihə çərçivəsində müəssisədə radiolokasiya texnikasının perspektivli tiplərinin istehsalının mənimsənməsi nəzərdə tutulur.

Ground Master-400

KATEQORIYA:
Bu xəbəri paylaş