Qazaxıstanda yeni torpeda istehsal olunub

Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinə daxil olan S.M. Kirov adına Maşınqayırma zavodunda avtomatik tuşlama torpedası istehsal edilib.

“AzeriDefence”nin məlumatına görə, torpeda sualtı kater və gəmilər üçün hədəfin məhv edilməsi üçün yaradılıb.

Torpeda kerasin, kislorod və tullantı su ilə çalışır. Bu da torpedanın sabit sürətdə və uzaq məsəfəyə getməsi üçün nəzərdə tutulub.

Silah uzun müddət, keyfiyyətini itirmədən saxlana bilir. Mütəxəssislər bu torpedanı müsbət xarakterizə ediblər.

Artıq Qazaxıstan Müdafiə Nazirliyi torpedonun alınması ilə bağlı sifarişi verib.

Qeyd edək ki, torpeda ilk dəfə olaraq Qazaxstanın paytaxtı Astanada keçiriləcək KADEX-2016 4-cü Beynəlxalq hərbi-əmlak sərgisində nümayiş olunacaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş