Qazaxıstanın “Alatau” tral gəmisi istismara verildi

Qazaxıstanın Aktau şəhərində yeni tikilən “Alatau” tral gəmisinin istismara verilməsi ilə bağlı mərasim keçirilib.

Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Müxtəlif şərait və rejimlərdə dəniz sınaqlarını uğurla keçdiyi bildirilən 10750E layihəli “Alatau” tral gəmisi mərasimdən sonra Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.

“Alatau” tral gəmisi Rusiyanın gəmiqayırma zavodunun tərsanəsində inşa edilib. Gəmi baza, liman, mühüm əhəmiyyətli obyektlərin sahilboyu hissəsinin mina əleyhinə müdafiəsi üçün nəzərdə tutulub.

Tral gəmisi plastik və şüşə tərkibli, vakum infuziyası yolu ilə hazırlanan monolit gövdəyə malikdir.

Uzunluğu 31,5 metr, eni 6,5 metr olan gəminin su basımı təxminən 139 ton təşkil edir. Üzmə məsafəsi 650 mil, gedişi sürəti 12 dəniz mili olan gəminin komandiri kapitan-leytenant Murad Baymuxanovdur.

Gəmi “İqla-1M” daşına bilən zenit-raket kompleksi ilə silahlandırılıb.

Qeyd edək ki, Qazaxıstanın “Alatau” tral gəmisi Fransanın “ECA Group” şirkətinin istehsalı olan UMIS mina əleyhinə sistem ilə təchiz olunub. Mina əleyhinə sistemin idarə etmə kompleksindən başqa UMİS sisteminə minaya bənzər obyektlərin aşkarlanması üçün nəzərdə tutulan, işçi dərinliyi 100 metrədək olan A9 avtonom sualtı aparatları daxildir.

Bundan əlavə, sistemə aşkar olunuş minayabənzər obyektlərin təsnifləndirilməsi üçün 300 m dərinliyə enə bilən K-STER İ teleidarəedicili sualtı aparatlar (TBSA) və K-STER C mina məhv edən sualtı aparatlar daxildir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş