Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlir – EKSKLÜZİV

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya səfəri planlaşdırılır.
Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Qazaxıstan HDQ-nin gəmilər dəstəsinin Bakı limanına səfəri cari ilin iyun ayına planlaşdırılır. Bu Qazaxıstan HDQ-nin Bakı limanına ilk dostluq səfəridir.

Gəmilər dəstəsinə Qazaxıstan HDQ-nin “Qazaxıstan”, “Oral” və “Sarıarka” raket-artilleriya gəmilərinin daxil olması gözlənilir.

Səfər çərçivəsində iki ölkənin HDQ-i arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlərin müzakirəsi, həmçinin dəniz təliminin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Qazaxıstan HDQ-də vaxtı ilə Azəərbaycanın Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış xeyli sayda zabit xidmət edir.

KATEQORIYA:
Bu xəbəri paylaş