Qazaxıstanın hərbi gəmisi Bakıya gələcək – EKSKLÜZİV

Azərbaycan gəmiləri də Aktauya gedirAzərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Aktau və Bakıya qarşılıqlı dostluq səfərləri planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib.

Hazırda səfərin tarixləri dəqiqləşdirilir. İlk olaraq, Qazaxıstan HDQ-nin bir gəmisinin Bakıya gəlməsi, daha sonra Azərbaycan HDQ-nin gəmi yaxud gəmi qrupunun Aktau limanına səfər etməsi gözlənilir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Azərbaycan HDQ-nin gəmisi Qazaxıstan HDQ-nin qonağı olub. Ötən ilin oktyabr ayında Rusiya HDQ Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” gəmisi Bakı limanına, bu yaxınlarda isə İranın Xəzərdəki donanmasının iki artilleriya gəmisi Rusiyanın Həştərxan limanına səfər edib.

KATEQORIYA:
Bu xəbəri paylaş