Qazaxıstanın KAE şirkəti optik nişangahların xaricə ixracına başlayıb

Qazaxıstanın “Kazakhstan Aselsan Engineering” (KAE) şirkəti istehsalına yeni başladığı termal optik nişangahların xaricə ixracına start verib.

“Kazakhstan Engineering” şirkətlər qrupunun mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, məhsulun ilk partiyası Türkiyəyə ixrac ediləcək.

Artıq “Python” və “Воа” optik nişangahların ixracı ilə bağlı 5,8 milyon ABŞ dolları həcmində iki ölkənin müvafiq qurumları arasında müqavilə də bağlanılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş