Qazaxıstanın “Marauder”ləri SARP-la silahlanır – FOTO

Qazaxıstanın Ordusu üçün yerli müəssisədə “Kazakhstan Paramount Engineering” şirkəti ilə birgə istehsal olunan “Marauder” zirehli nəqliyyat vasitələri ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılır.

“AzeriDefence”nin məlumatına görə, Qazaxıstan Müdafiə Nazirliyinin yayımladığı fotolarda “Marauder” maşınları SARP döyüş modulu ilə silahlandırılmış görünür.

Qazaxıstanın silahlanmasına daxil olan SARP sistemi Türkiyədə istifadə olunan bənzər sistemdən xarici dizaynına görə fərqlənir. Döyüş modulunun üzərində əsas silah olaraq 12.7 mm çaplı pulemyot yer alır.

ASELSAN-ın SARP döyüş modulu üzərində 12.7 mm və ya 7.62 mm-lik pulemyot , yaxud 40 mm-lik avtomatik qumbaraatanyer ala bilir. döyüş modulunun sursat ehtiyatı 12.7 mm çaplı pulemyot üçün 400 patron, 7.62 mm çaplı pulemyot üçün 1000 patron, 40 mm-lik qumbaraatan üçün 96 qumbaradır. Döyüş modulu -30/+60° bucaq altında yüksəklikdəki hədəflərə atəş açmağa imkan verir. Sistem hərəkət halında belə hədəflərə yüksək dəqiqliklə atəş açmaq, gecə və gündüz görmə, hədəfin avtomatik şəkildə təqibi, balistik hesablama, məsafə ölçmə, kompüter bazalı atış-kontrol funksiyaları, sursatın bitməsi barədə xəəbərdarlıq və digər özəlliklərə sahibdir.

Qeyd edək ki, avqust ayının 13-də ASELSAN və Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, Qazaxıstan Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün yerli hərbi sənayenin imkanlarından istifadə edilməklə, “Kazakhstan ASELSAN Engineering” şirkətində SARP uzaqdan idarə olunan silah sisteminin birgə istehsalı həyata keçiriləcək. SARP sistemləri Qazaxıstan Ordusunun zirehli maşınlarının silahlanmasında istifadə olunacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş