Qazaxıstanın tral gəmisi UMİS minatəmizləmə kompleksi ilə təchiz edilib

Qazaxıstanın “Alatau” tral gəmisində Fransanın “ECA Group” şirkətinin istehsalı olan UMIS mina əleyhinə sistemi istifadəyə verilib.

Bu barədə “AzeriDefence” “ECA Group” şirkətinə istinadən məlumat verib.

Gəminin yeni sistemlə dəniz sınaqlarını uğurla keçib və istismara buraxılıb.

Minaəleyhinə sistemin idarə etmə kompleksindən başqa UMİS sisteminə minaya bənzər obyektlərin aşkarlanması üçün nəzərdə tutulan, işçi dərinliyi 100 metrədək olan A9 avtonom sualtı aparatları daxildir. Bundan əlavə, sistemə aşkar olunuş minayabənzər obyektlərin təsnifləndirilməsi üçün 300 m dərinliyə enə bilən K-STER İ teleidarəedicili sualtı aparatlar (TBSA) və K-STER C mina məhv edən sualtı aparatlar daxildir.

Bildirilir ki, 10750E layihəsinin tral gəmisində iki dəst A9 avtonom sualtı aparatları, iki dəst K-STER İ və 10 dəstə qədər K-STER C mina məhvediciləri yerləşdirilə bilər.

Qeyd edək ki, Qazaxıstan Hərbi-Dəniz Qüvvələrinin 10750E layihəli tral gəmisi Rusiya istehsalıdır. Tral gəmisi plastik və şüşə tərkibli, vakum infuziyası yolu ilə hazırlanan monolit gövdəyə malikdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş