Qazaxıstanla Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın Yol xəritəsi imzalanacaq

Astanda müdafiə sənayesi sahəsində əməkdaşlıqlar məsələləri üzrə Qazaxıstan-Türkiyə Komissiyasının 8-ci iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Qazaxıstanın və Türkiyənin Müdafiə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi toplantıda avtomatlaşdırılmış idarə sistemləri, zirehli texnikanın birgə müasirləşdirməsi, avionika, helikopterlərin, silah və hərbi texnikanın istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İki ölkənin ekspertləri 2016-2018 illəri əhatə edən müdafiə-sənaye sahəəsində əməkdaşlığın Yol xəritəsinə baxıblar.

Qeyd edək ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə yol xəritəsi yaxın vaxtlarda imzalanacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş