Qazilər döyüşə getmək üçün prezidentə müraciət etdilər

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında döyüşmüş veteranlar prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

“AzeriDefence”nin məlumatına görə, müraciət eyni zamanda müdafiə naziri, general-polkovnik Zakir Həsənova və
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova da ünvanlanıb.

Müraciətdə bildirilib ki, son günlər Azərbaycan Ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələri azad olunub. Düşmən hələ də təslim olmaq əzmində deyil. Belə bir zamanda 1-ci Qarabağ müharibəsi iştirakcılarına ehtiyac olduğunu düşünürük:

Bizim səfərbər olunmağımız, komplektləşdirilməsi, ön cəbhəyə yola salınması ücün əmr verəsiniz. Ümid edirik ki, bu insanların uzun illər hərbi sahədə olan bilik və bacarıqlarından istifadə olunması ücün göstəriş verəcəksiniz. Həmçinin, vətənpərvərliyin, döyüş əhval-ruhiyyəsinin qaldırılması, gənc nəslin kecmiş döyüşcülərin bu hərəkətindən daha da ruhlanması ücün şərait yaradacaqsınız. Düşmənin kecmiş başkəsənləri döyüşə göndərməyinə cavab olaraq, biz yarımcıq qoyduğumuz döyüşümüzü davam etdirmək istəyirik. Bizə qisas üçün imkan yaradın”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş