Qəbələdə mülki müdafiə ilə bağlı beynəlxalq konfrans keçirilir

Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Qəbələdə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçirilib. “AzeriDefence”nin xəbərinə görə, konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən 54 ölkədən fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak edir.

Beynəlxalq konfransda mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər müzakirə edilir.

Tədbirə Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi də qatılıb.

Konfrans çərçivəsində Bakı şəhərində FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlim keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş