Qərbdə Rusiyanın “İsgəndər” OTRK-nin rəqibi ATACMS hesab olunur

Qərbdə Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) rəqibi ATACMS operativ-taktiki raket kompleksi hesab olunur.

“AzeriDefence” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya KİV-i “ABŞ niyə “İsgəndər” raketindən ehtiyat edir” başlıqlı məqaləsində OTRK haqqında məlumat verib.

Bildirilir ki, ABŞ istehsalı olan ATACMS 1991-ci ildə ordu silahlandırılmasına qəbul olunub. Amerikalılar bu raketdən”Səhrada tufan” əməliyyatlarında müvəffəqiyyətlə istifadə ediblər. Həmin vaxt qarşı tərəfin hədəflərini məhv edilməsi üçün 500-dən ATACMS  raketi buraxılıb.

“Bu gün ABŞ ordusunun arsenalında müxtəlif hissələrlə və uzaq mənzilli raketlərlə təmin olunan ATACMS kompleksinin (140-dan 300 kilometrə qədər) dörd varinatı var. ABŞ-ın Strateji və Texnoloji Analizlər Mərkəzinin məlumatına görə, ATACMS kompleksinin yalnız əvvəlki versiyaları olan Block 1 və Block 1A versiyalarını modernizə ediləcək. Modernizə olunarkən kompleks monoblok kassetin yerinə qəlpə fuqası, elektrik avandılığı, yeni sükan qurğuları və raket mühərriki yenilənmiş müasir inersiyalı-peyk idarə sistemi ilə təchiz olunacaq. Bu göstəricilərinə görə, sələflərini üstələyən raketlər sistemi daha da mükəmməl olacağı düşünülür. Məhz bu yenilənmə işlərinə görə, ATACMS yaxın gələcəkdə “İsgəndər” raketinin əsas rəqibi hesab olunacaq”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, İsgəndər raketi 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul edilib. Raketinin “İsgəndər-M”, “İsgəndər-E”, “İsgəndər-K” variantları mövcuddur. OTRK-nin çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir. Raketin bu növləri içərisində “İsgəndər-M” variantı daha çox təkmilləşdirilib. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km-ə qədərdir. Bununla yanaşı raket kompleksi nüvə başlığı da daşıya bilir.

Mütəxəssilərin sözlərinə görə, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər-M” kompleksinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.  Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir.

 “İsgəndər” operativ-taktiki raket kompleksi

“İsgəndər” operativ-taktiki raket kompleksi

KATEQORIYA:
Bu xəbəri paylaş