Qətər 24 ədəd “Eurofighter Typhoon” təyyarəsi alır

Qətər Böyük Britaniyadan 24 ədəd çoxfunksiyalı “Eurofighter Typhoon” döyüş təyyarələri alır.

“AzeriDefence”nin “BAE Systems” şirkətinə istinadən verdiyi xəbərə görə, dekabrın 10-da Dohada alğı-satqıya dair hər iki dövlət arasında müqavilə imzalanıb. Müqavilənin dəyəri təxminən 6 milyard funt sterlinq təşkil edib.

Təyyarələrin Qətərə çatdırılması 2022-ci ilin sonunadək başa çatdırılmalıdır.

Dekabrın 10-da təyyarələrin alğı-satqısı ilə yanaşı həmçinin, Böyük Britaniya və Qətər Hərbi Hava Qüvvələrlərinin birgə eskadrilyasının yaradılması haqqında razılaşma da imzalanıb. Bu ölkələr arasında aviasiya hazırlığını gücləndirməklə yanaşı, 2022-ci ildə Qətərdə futbol üzrə keçiriləcək dünya çempionatı zamanı təhlükəsizliyi də təmin etmiş olacaq.

Qeyd edək ki, 2015-ci ilin may ayında Qətərlə Fransanın “Dassault Aviation” şirkəti arasında24 ədəd dördüncü nəsil çoxfunksiyalı “Dassault Rafale” təyyarəsinin alınması ilə bağlı dəyəri 6,3 mlrd. avro olan müqavilə imzalanıb. 2017-ci il dekabrın 7-də isə əlavə 12 ədəd “Rafale” təyyarəsinin çatdırılmasını sifariş verilib. 2017-ci ilin iyun ayında isə Qətər ABŞ-dan 12 milyard dollarlıq “McDonnel Douglas F-15 Eagle” qırıcısının alınması ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə 36 təyyarənin alınması daxildir. Beləliklə, Qətər indiyədək üç növ müasir çoxfunksiyalı qırıcı sifariş verib, bunların ümumi sayı 96 ədəd təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş