Qətər ABŞ-dan 36 ədəd F-15QA döyüş təyyarəsi alır

“Boeing” şirkəti ilə Qətər arasında 36 ədəd F-15QA “Advanced Eagle” döyüş təyyarəsinin istehsalı və tədarükünə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi xəbərə görə, müqavilənin dəyəri 6.17 milyard ABŞ dolları təşkil edir.

ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, müqaviləyə əsasən, sifariş olunan F-15QA “Advanced Eagle” döyüş təyyarələri 2022-ci il dekabrın 30-na qədər Qətər Hərbi Hava Qüvvələrinə çatdırılacaq.

Qeyd edək ki, Qətər Ordusunun son döyüş təyyarə satınalmaları öz miqyası və ambisiyaları baxımından çox əlamətdar hesab olunur. Qətər Hərbi Hava Qüvvələri son ay ərzində Fransadan 36 ədəd “Rafale” və Birləşmiş Krallıqdan 24 ədəd “Eurofighter Typhoon” döyüş təyyarələrinin alğı-satqısına dair müqavilə bağlayıb.

Qətər Ordusunun son alacağı döyüş təyyarələrin 12 il ərzində, hazırda invertarda yer alan “Mirage-2000” təyyarələrini əvəz edəcəyi planlaşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş