Qətər Rusiyadan S-400 “Triumf” və “Pantsir-S” komplekslərini almaq istəyir

Qətər S-400 “Triumf” zenit-raket kompleksi (ZRK) və “Pantsir-S” zenit-raket top kompleksi ilə yaxından maraqlanır.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bunun üçün Moskvada keçirilən “Ordu-2017” Beynəlxalq hərbi-texniki forumunda iştirak edən Qətərin müdafiə naziri Xalid Bin Məhəmməd Əl-Əttiyah sözükedən komplekslərin xüsusi təqdimatının keçirilməsini istəyib.

Sərgi çərçivəsində Qətərin müdafiə naziri ilə görüş keçirən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qətər nümayəndə heyətinin bu forumda iştirak etməsinin, iki ölkə arasındakı yaxın əlaqələri qurulmasına imkan yaradacağını bildirib.

Qətərin müdafiə naziri isə niyyətlərinin yalnız Rusiyadan hava hücumundan müdafiə sistemlərini almaq yox, eyni zamanda bu texnologiyanı paytaxt Dohaya apararaq, ölkənin müdafiə sənayesini bu sahədə inkişaf etdirmək istədiklərini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş