Qəzet: “Erməni ordusu məhv olur”

Ermənistanda hakim təbəqənin övladları orduda xidmət eləməyə ayıb iş kimi baxır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Lragir” qəzetinin internet səhifəsində yayımlanan məqalədə bildirilib.

“Onların təsəvvürlərinə görə, orduda xidmət etmək “zapodlo”dur. Bu gün sərhəddə əsgərlər intiharla, bir-birini güllələməklə məhv olurlar. Onların arxadakı ailələri isə yoxsulluq və acizlikdə qalırlar. Həlak olanların və yaralananların arasında “elitalar”ın nümayəndələri yoxdur. Hətta onlar nəninki sərhəddə, simvolik olaraq heç sərhəddən uzaqda belə yoxdurlar. Bu hamıya məlumdur və bunları gizlətmək çətindir”, – deyə yazıda bildirilib.

Qəzet yazır ki, hansısa bir başqa sferalarda bu cür olayları gizlətmək olar, amma orduda deyil. “Lragir” qəzeti Sərkisyan hakimiyyətini ölkədə oğru qayda-qanunları tətbiq etməkdə ittiham edib.

KATEQORIYA:
Bu xəbəri paylaş