Qırğızıstan Hökuməti DEFINDEX-2020 sərgisinin vaxtını dəyişib

Qırğızıstan Hökuməti DEFINDEX-2020 sərgisinin vaxtını dəyişib

Qırğızıstan Hökuməti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin oktyabr ayında Bişkekdə keçirilməsi planlaşdırılan DEFINDEX-2020 birinci beynəlxalq hərbi sənaye sərgisinin vaxtını 2021-ci ilə keçirib.

Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Sərgi 5-8 oktyabr 2021-ci il tarixində Bişkek şəhərində keçiriləcək.

Sərginin əsas təşkilatçısı Qırğızıstanın Sənaye, Energetika və Təbii Sərvətlər üzrə Dövlət Komitəsidir.

DEFINDEX-2021 beynəlxalq müdafiə sərgidində güc strukturları üçün hərbi və xüsusi texnikalar, hərbi texnologiyalar, informasiya-rabitə avadanlıqları və silahların nümayişi planlaşdırılır.

Sərginin iş proqramı çərçivəsində maraqlı dövlət qurumları, təşkilat və müəssisələrin təşkilatçılığı ilə forum, elmi-praktik konfrans, seminar, təqdimat və işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş