Qırğızıstan müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək

Fevralın 10-da Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər fevralın 13-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş