Qırğızıstanda ilk dəfə beynəlxalq müdafiə sərgisi keçiriləcək

Qırğızıstanda ilk dəfə beynəlxalq müdafiə sərgisi keçiriləcək

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 2020-ci ilin 6-9 oktyabr tarixlərində DEFINDEX-2020 beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.

DEFINDEX-2020 sərgisinin Təşkilat Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sərginin təşkilatçıları Qırğızıstanın Sənaye, Enerji və Yeraltı Sərvətlər üzrə Dövlət Komitəsi və Dövlət Müdafiə Komitəsidir.

“BiExpo” Sərgi Mərkəzində təşkil ediləcək DEFINDEX-2020-də Qırğızıstan şirkətləri və dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər. Sərgidə müasir silahlar, hərbi texnika və texnologiyalar, habelə innovativ həllər sərgilənəcək.

Sərginin iş proqramı çərçivəsində sərginin təşkilatçıları, digər maraqlı dövlət qurumları, təşkilat və müəssisələrin təşkilatçılığı ilə forum, elmi-praktik konfrans, seminar, təqdimat və işçi görüşlərin keçirilməsi planlaşdırılır.

DEFINDEX-2020 sərgisində Qırğızıstanın və müxtəlif ölkələrin dövlət orqanlarının rəhbər və yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş