“Qorqud” zenit-top kompleksinin seriyalı istehsalına başlandı – FOTOLAR

Zenit-top kompleksi üzə də biləcək

Türkiyənin ASELSAN şirkətinin rəhbərliyi altında, FNSS şirkətinin subpodratçılığı ilə həyata keçirilən “Qorqud” özüyeriyən zenit-top kompleksinin seriyalı istehsalına başlanıb.

“AzeriDefence”nin bildiridyinə görə, bu barədə FNSS şirkəti məlumat yayıb.

“Qorqud” komanda-nəzarət maşını və silah sistemi maşınından ibarətdir. Komanda nəzarət maşını 3 ölçülü axtarış radarı ilə hədəflərin təsbitini həyata keçirir. Silah sistemi maşını isə hədəfi atış kontrol radarı və ya elektro-optik sistemlərlə təqib edərək, 2 ədəd 35 mm-lik topla atəş altında saxlayır. Bu toplar 35 mm-lik qəlpələnən və proqramlaşdırılan sursatlardan istifadə edir.

“Qorqud”un həm silah, həm də komanda-nəzarət maşınları FNSS şirkəti tərəfindən istehsal edilən tırtıllı ZMA-30 maşınının bazasında yerləşdirilib.

ZMA-30 “Hisar-A” zenith-raket kompleksi layihəsində də istifadə olunur.

Geniş daxili həcmə malik ZMA-30 maşınının ən mühüm özəlliyi amfibiya olaraq konfiqurasiya edilə bilməsidir. Bu xüsusiyyət “Qorqud”a digər bənzər orta kalibrli özüyeriyən zenit-top kompleksləri qarşısında üstünlük qazandırır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş