Qubadlıda düşmən 50 nəfər itki verib, silah-sursatla dolu maşınları ələ keçirilib – VİDEO

Qubadlıda düşmən 50 nəfər itki verib, silah-sursatla dolu maşınları ələ keçirilib – VİDEO

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına bildirib ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib.

Nəticədədüşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.

KATEQORIYA:
Bu xəbəri paylaş