Qumbaraatanlar üçün yeni nişangah yaradılıb

Almaniyanın “Rheinmetall” şirkəti qumbaraatanlar üçün yeni universal nişangah yaradıb.

“AzeriDefence”nin məlumatına görə, yeni texnologiya hərbi ictimaiyyətə “Vingmate MR 500” adı ilə təqdim olunub.

Optik nişangahı müxtəlif növ qumbaraatanlarda istifadə etmək mümkündür. Sistem qısa vaxtda silaha bərkidilə və ayarlana bilir.

Nişangah hədəfi axtaran termal sistemlə təchiz olunub. Avadanlığın çəkisi 312 qramdır.

Avadanlıq 2000 metr məsafədə hədəfi aşkarlamağa imkan verir.

Nişangah yaxın vaxtlarda Almaniya Ordusunun silahlanmasına veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş