RACER hibrid helikopterin hazırlanmasında texniki çətinliklər yaranıb

RACER hibrid helikopterin hazırlanmasında texniki çətinliklər yaranıb

Avropanın perspektivli hibrid RACER (Rapid and Cost-Effective Rotorcraft) helikopterinin ilk uçuş sınaqları 2021-ci ilin sonunda başlayacaq.

Bu barədə “AzeriDefence” “Flightglobal”a istinadən məlumat verib.

Yüksək sürətli RACER helikopteri “Airbus Helicopters” şirkəti tərəfindən hazırlanıb. Helikopterin sınaqlarının 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da yaradılma zamanı ortaya çıxan texniki çətinliklər səbəbindən bu proses uzadılıb.

RACER helikopterin konsepsiyası 2017-ci ilin iyununda “Le Bourget” aviasiya şousunda təqdim edilib. “Clean Sky 2” tədqiqat proqramı çərçivəsində hazırlanan RACER-in maksimum sürəti 407 km/saat, uçuş mənzili 740 kilometr təşkil edir.

Məlumatda o da qeyd olunub ki, 2020-ci ilin sonuna qədər helikopterin sürət qutusu və ötürücüsünün istehsalına başlanılacaq. Yeni texnologiya əsasında hazırlanan RACER helikopterinin 2030-cu ilə qədər seriyalı istehsalı planlaşdırılır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş