Radionix MiG-29 və Su-27 təyyarələri üçün yeni jammerini təqdim edib

Ukraynanın “Radionix” şirkəti özünün yeni “Omut” adlı jammerini təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə, yeni sistem ötən həftə Kiyevdə keçirilmiş AviaSvit aviaşousunda nümayiş olunub.

İki il bundan əvvəl yaradılmasına başlanmış “Omut” jammeri MiG-29 və SU-27 təyyarələri üçün nəzərdə tutulur.

“Janes” nəşrinin məlumatına görə, Su-27 tipli təyyarələrin eksport variantı əvvələr Moskva Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış L203 Qardenia qurğuları ilə təchiz olunub.

“Omur” L-203 seriyasından olan jammerlərin bəzi nöqsanlarını qaldırmış olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş