
“Rafael” şirkəti Gürcüstanın hava hücumundan müdafiə sistemlərini modernləşdirəcək
Gürcüstanın Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında Gürcüstan Ordusunun hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.
Bu barədə Azeri Defence saytı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Müqavilə çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri “Rafael” şirkəti tərəfindən modernləşdiriləcək.
KATEQORIYA: Xəbərlər