Rafael şirkəti yeni raketini nümayiş etdirib

İsrailin Rafael şirkəti Paris Avia Şousunda özünün yeni raketini beynəlxalq səviyyədə nümayiş etdirib. Bu barədə “AzeriDefence” Rafael şirkətinə istinadən məlumat verib.

Ağıllı raketlər sinfinə aid olan Spice-250 (Smart, Precise Impact, Cost-Effective) raketinin 250, 500 və 1000 kiloqramlıq növləri mövcuddur. Raketlər GPS-İNS və elektrooptik idarəetməlidir. Raketlər düşmənin hava hücumundan müdafiə sisteminə daxil olmadan, onu uzaqdan sıradan çıxarmaq üçün nəzərdə tutulur. Özəlliklə də S-300 komplekslərinə qarşı yaradılıb.

Raketin ən çox halda hədəfdən 3 metr yayınır. Bu raketləri aldatmaq mümkün deyil.

KATEQORIYA:
Bu xəbəri paylaş