“Rafael” və “Raytheon” şirkətləri ABŞ-da “Dəmir Qübbə” istehsal edəcəklər

“Rafael” və “Raytheon” şirkətləri ABŞ-da “Dəmir Qübbə” istehsal edəcəklər

ABŞ-ın “Raytheon” şirkəti ilə İsrailin “Rafael” şirkəti arasında “Dəmir Qübbə” (İron Dome) hava hücumundan müdafiə kompleksinin birgə istehsalına dair müqavilə bağlanıb.

Bu barədə Azeri Defence saytı “Raytheon” şirkətinə istinadən məlumat verilib.

Müqaviləyə əsasən yeni yaradılan ortaq müəssisə ABŞ-da “Dəmir Qübbə” HHM kompleksinin istehsalını həyata keçirəcək. Bu müqavilə ilə İsraildən kənarda ilk “Dəmir Qübbə” kompleksinin istehsal xətti yaradılır.

İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Dəmir Qübbə” C-RAM (raket, artilleriya və minaatanlara qarşı önləmə), eləcə də təyyarə, helikopter, o cümlədən PUA və PGM-lərə qarşı effektiv müdafiə həllini təmin edən dünyada yeganə ikili missiya sistemidir.

“Dəmir Qübbə” hava hücumundan müdafiə kompleksinin effektiv mənzili minimum 4 km, maksimum 70 km-dir.

Məlumatda o da qeyd olunub ki, “Dəmir Qübbə” HHM kompleksi 2021-ci ilin sonuna qədər ABŞ Ordusunun silahlanmasına veriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş