Ramil Usubov: Daxili Qoşunların hərbi hissələrinin döyüş qabiliyyəti yüksəldilib

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2017-ci ildə mühüm tədbirlər həyata keçirilib.

“AzeriDefence”nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov bildirilib.

R.Usubov qeyd edib ki, ötən il sistemli şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu və mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə yüksəlib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş