“Raytheon” AIM-9X Block II Sidewinder üçün sifariş aldı

“Raytheon” şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələrləri üçün AIM-9X Block II Sidewinder raketlərini istehsal edəcək. “AzeriDefence”nin bildirdiyinə görə, “Raytheon” ABŞ Dəniz Qüvvələrindən 39,6 mln. dollar dəyərində sifariş alması barədə məlumat yayıb.

AIM-9X Block II Sidewinder raketləri Hərbi Hava Qüvvələrlərinin ehtiyacları üçün hazırlanıb və “hava-hava” sinifinə aid olub. Sınaqlar zamanı “hava-səth” sinifli raketlərin funksiyasını yerinə yetirməyə qadir olduğun sübuta yetirib. Bundan sonra raketin AIM-9X Block II versiyası hazırlanıb.

Qeyd edək ki, hazırda AIM-9X Block II idarə olunan raketləri ABŞ, Avstraliya və Polşanın F-18A “Hornet”, F-15 “Eagle” və F-16 “Fighting Falcon” təyyarələrinin silahlanmasına daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş