Raytheon AMRAAM raketlərinin istehsalını yeniləyəcək

Raytheon şirkəti AIM-120D AMRAAM “hava-hava” sinifli aviasiya raketlərinin istehsalını yeniləyəcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Raytheon şirkəti məlumat yayıb.

Şirkət raketləri Norveçin “Nammo” firmasının istehsalı olan mühərriklərlə təchiz etməyi planlaşdırır. Artıq Raytheon 125 mühərrik alıb. 2013-cü ilin birinci rübündə isə daha yüz mühərrik almağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş