Raytheon “Excalibur” mərmisinin testlərini yekunlaşdırıb

Raytheon şirkəti G6 özüyeriyən haubitsalar üçün 155 mm-lik “Excalibur” döyüş sursatlarının testlərini yekunlaşdırıb.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Raytheon şirkəti məlumat yayıb.

Mərmi 38 km məsafədə hədəfləri 5 metr dəqiqliklə məhv edib.
Raytheon Missile Systems şirkətinin “Excalibur” proqramı direktoru Kevin Matthiesin sözlərinə görə, yeni mərmi G6 haubitsalarına dəqiqlik vermiş olacaq.

Mərmidə dəqiqliyi təmin etmək üçün qlobal naviqasiya sistemindən istifadə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş